261
12:08
20 Oktyabr 2020

Ağdərə rayonunun əsir abidələri - FOTO

Ağdərədə bir çox İslam abidələri mövcud olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, bunların arasında ən çox yayılan pirlərdir.

Rayon mərkəzindən 10 kilometr aralıda yerləşən “Ulduz təpə” piri bölgədə tanınan ziyarət yerlərindən olub.

Ağdərə rayonu da digər bölgələrimiz kimi tarixi-dini abidələrlə zəngindir.

Albaniyada Xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilib. Bunlardan bizim günədək gəlib çatanlardan biri də Dağlıq Qarabağın Ağdərə rayonundakı Müqəddəs Yelisey monastır kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə tikilmiş və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə qoyulub. Bu monastırda vaxtilə alban çarı III Vaçaqanın qəbri olub, sonradan ermənilər tərəfindən dağıdılmış, başqa yerlərə aparılmışdır.

Dİgər xəbərlər