11:22
17 Oktyabr 2020

BAXCP: Beynəlxalq hərbi tribunal yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edilməlidir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Gəncənin növbəti dəfə raket atəşinə tutulması və çoxsaylı mülki vətəndaşların qətlə yetirilməsi, yaralanması ilə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bəyanatda deyilir: “BAXCP cəbhədə ağır məğlubiyyətlərdən quduzlaşmış və baş tutmamış erməni terror dövləti tərəfindən çoxsaylı dinc sakinlərin, o cümlədən qadın və uşaqların ölümünə səbəb olan Azərbaycanın yaşayış məntəqələrinin ağır silahlarla atəşə tutulmasını və Gəncə şəhərinin ballistik raketlə növbəti dəfə vurulmasını hiddətlə qınayır, sivil dünyanı bu vəhşiliyi durdurmaq üçün öz etiraz səsini ucaltmağa və təsirli tədbirlər görməyə çağırır.

BAXCP hesab edir ki, Ermənistanın bu azğınlığı Qarabağı ilhaq etmək istəyən Ermənistandan 240 min, Azərbaycanın Qarabağ və ətraf rayonlarından 760 min insanı etnik təmizləmə siyasəti nəticəsində ev-eşiyindən qovmasına, Azərbaycanın 20% torpaqlarını 30 ildən artıq işğal altında saxlamasına, Xocalıda genosid törətməsinə dünya birliyinin cavab verməməsindən qaynaqlanır. Biz Azərbaycan hökumətini və qanunlara sayğı ilə yanaşan bütün demokratik dünyanı bu ağır müharibə cinayətlərini lənətləməklə kifayətlənməməyə, dərhal təqsirkarların müəyyən edilib cəzalandırılması məqsədilə beynəlxalq hərbi tribunal yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırırıq”.

Dİgər xəbərlər