Prokurorluq: “Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub”
17 oktyabr 2020 04:33 (UTC +04:00)

Prokurorluq: “Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub”

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

APA xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun məlumatında bildirilir.

Qeyd edilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.

# 739
avatar

Oxşar yazılar