15:18
16 Oktyabr 2020

Koronavirusa yoluxan şagirdlərin SAYI

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı son sutkaya olan rəqəmləri açıqlayıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçi heyətinin sayı 2 olub.

Virusa yoluxmuş şagirdlərin sayı 55, işçi heyətinin sayı 21 nəfərdir.

Distant təhsilə keçirilən siniflərin sayı 6, məktəblərin sayı 10 olub.

1 sinif əyani təhsilə qaytarılıb.

Qeyd edək ki, bu günə kimi distant təhsilə keçirilən siniflərin sayı 65, məktəblərin sayı isə 47-dir.

Dİgər xəbərlər