Türkiyə parlamentinin sədri Azərbaycana gələcək
16 oktyabr 2020 13:00 (UTC +04:00)

Türkiyə parlamentinin sədri Azərbaycana gələcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti əsasında Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın yerli bürosuna TBMM-dən məlumat verilib.

Bildirilib ki, M. Şəntop və onun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 18-20-də Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Türkiyə parlamentinin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.  

M. Şəntop 20 oktyabrda Azərbaycan Milli Məclisində çıxış edəcək.

“Bakıda keçiriləcək görüşlərdə Türkiyənin Azərbaycana dəstəyi bir daha ifadə olunacaq. Azərbaycan nə zaman və hansı məsələdə bizdən dəstək istəyərsə, lazımi köməkliyi etməyə hazır olduğumuzu bir daha bəyan edəcəyik. “Bir millət, iki dövlət olaraq dərdlərimiz və sevinclərimiz birdir. Bölgədə sülhün, sabitliyin, ədalətin və beynəlxalq hüququn prinsiplərinin hökm sürməsi Türkiyənin yeganə məqsədidir”, - Türkiyə parlamentindən bildirilib.

# 553
avatar

Oxşar yazılar