18:34
15 Oktyabr 2020

Əsirlərlə bağlı yayılan saxta görüntülər araşdırılır - RƏSMİ

Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən “İnfoteka24” və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davrandığını əks etdirən videogörüntülər yayılıb.

Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb: “Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Dİgər xəbərlər