18:07
12 Oktyabr 2020

Nazir Təhsil Şöbəsinin müdirini işdən çıxartdı

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyində müvafiq araşdırmalar aparılıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.

Qeyd olunanlar nəzərə alınaraq, Sahib Məmmədov Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Dİgər xəbərlər