19:14
13 Oktyabr 2020

Yaponiyada bir ayda 2000-ə yaxın adam intihar edib

Sentyabr ayında Yaponiyada 1800-dən çox adam intihar edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Polis Agentliyi məlumat yayıb. Məlumata görə, ölkə üzrə intiharların sayı ötən ilin eyni ayı ilə müqayisədə 8 faiz artaraq 1805 nəfərə çatıb.

İntihar sayı kişilər arasında 0,4 faiz artaraq 1166-ya, qadınlarda isə 27 faiz artımla 639 olub.

Dİgər xəbərlər