09:59
11 Oktyabr 2020

Hikmət Hacıyev: "Ermənistanın bu hücumları humanitar atəşkəsin arxasında gizlənir"

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Gəncəyə raket atmasına münasibət bildirib.

Lent.az H.Hacıyevin bu barədə rəsmi "twitter" hesabında etdiyi paylaşımı təqdim edir:

"Gəncə şəhəri gecəyarısı Ermənistanın hücumuna məruz qalıb. 3 yaşayış binası dağılıb. Qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs ölüb. İçərisində uşaqlar da olmaqla 33-dən çox insan yaralanıb. Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmaq üçün humanitar atəşkəsin arxasında gizlənir".

Dİgər xəbərlər