Türkiyənin məşhur aktyoru Tolqa Sarıtaş həyat yoldaşı Zeynəb Mayruk və oğlu Ali ilə birlikdə Çeşmədə istirahət edərkən görüntülənib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailə gün ərzində dəniz sahilində xoş vaxt keçirib. Tolqa Sarıtaş və Zeynəb Mayruk bütün diqqətlərini balaca oğullarına ayırıblar. Cütlük növbə ilə Ali ilə oynayıb, onunla maraqlanıb və ailəvi istirahətin dadını çıxarıb.
Bir müddət sonra oğlu ilə birlikdə dənizə girən məşhur aktyorun sevincli anları kameralardan yayınmayıb. Sarıtaş balaca Alini qucağına alaraq onunla suda oynayıb. Ata ilə oğulun mehriban görüntüləri ətrafdakıların da diqqətini çəkib.
“Güneşin Kızları” serialındakı Ali Mertoğlu obrazı ilə geniş şöhrət qazanan Tolqa Sarıtaş “Söz” serialında canlandırdığı Yavuz Karasu obrazına görə tamaşaçıların yaddaşında “Sarı Komutan” kimi qalıb. Bu dəfə isə aktyor hərbi geyimdə deyil, ailəsinin yanında qayğıkeş ata obrazında diqqət çəkib.
2024-cü ildə modelyer Zeynəb Mayrukla ailə quran aktyorun xoşbəxtliyi oğulları Alinin dünyaya gəlməsi ilə tamamlanıb. Cütlük şəxsi həyatını mümkün qədər diqqətdən kənarda saxlasa da, ailəvi görüntüləri sevənlərinin marağına səbəb olub.