“Google” “AirTag”a  rəqib təqdim etdi
13 avqust 2026 02:05 (UTC +04:00)

“Google” “AirTag”a rəqib təqdim etdi

0

“Google” “Apple”ın “AirTag” cihazına rəqib olacaq yeni “Pixel Tag” izləyicisini təqdim edib.

Lent.az xəbər verir ki, qurğu açar, pulqabı, çanta və baqaj kimi əşyaların yerini müəyyənləşdirmək üçün nəzərdə tutulub.

“Pixel Tag” “Google”un “Find Hub” şəbəkəsinə qoşulur və “Bluetooth” vasitəsilə itirilmiş əşyaların yerini tapmağa imkan verir.

Qurğuda daha dəqiq axtarış üçün “Ultra Wideband” (UWB) və “Bluetooth 6.0 Channel Sounding” texnologiyaları da var.

Şirkət cihazın qiymətini 29 dollar müəyyənləşdirib. Dörd ədədlik dəst isə 99 dollara satılacaq. “Pixel Tag”ın satışına noyabrın 11-dən başlanması planlaşdırılır.

Qurğunun batareyasının bir ildən çox işləyəcəyi, həmçinin IP67 standartı üzrə suya və toza davamlı olacağı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar