Şəmkirdə kişi həmyerlisini   öldürdü
12 avqust 2026 23:49 (UTC +04:00)

Şəmkirdə kişi həmyerlisini öldürdü

0

Şəmkirdə qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, Kür qəsəbə sakini 1978-ci il təvəllüdlü Ə. Məmmədov aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1971-ci il təvəllüdlü Q. Məmmədov tərəfindən bıçaqlanıb və o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata görə hər iki şəxs hadisə vaxtı sərxoş olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar