18
17:18
09 Oktyabr 2020

DTX mülki PUA-larla bağlı məlumat yaydı

Cəbhə xəttində intensiv döyüş əməliyyatlarının aparıldığı indiki vaxtda respublika ərazisində mülki pilotsuz uçan aparatların (PUA) müxtəlif məqsədlərlə havaya qaldırılması əhali arasında narahatlıq yaratmaqla aidiyyəti dövlət strukturlarının fəaliyyətinə maneə törədir.

APA Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq bütün mülki pilotsuz uçan aparatların hərbi vəziyyət dövründə istifadəsinin qadağan edildiyi bir daha diqqətə çatdırılır.

Bununla əlaqədar, ölkə səmasında bu növ pilotsuz uçan aparatları müşahidə edən şəxslərdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (012) 405 99 99 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (012) 497 16 73 nömrəli telefonlar vasitəsilə məlumat vermələri xahiş olunur.

Dİgər xəbərlər