Dünyada son sutkada koronavirusa yoluxma sayı REKORD HƏDDƏ
09 oktyabr 2020 08:22 (UTC +04:00)

Dünyada son sutkada koronavirusa yoluxma sayı REKORD HƏDDƏ

Dünyada son sutka ərzində koronavirusa yoluxma sayı 338 779 artaraq, 36 002 827 olub ki, bununla da yeni rekord müəyyənləşib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə axşamı yaydığı hesabatında bildirilib. 

Oktyabrın 8-nə olan məlumata görə, dünyada koronavirusdan ölənlərin ümumi sayı 1 049 810 nəfərə çatıb. 

Son sutkada ölənlərin sayı 5514 nəfər olub. 

Qeyd edək ki, ÜST-ün təqdim etdiyi statistika dövlətlər tərəfindən verilən rəsmi məlumatlar əsasında tərtib edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar