15:18
06 Oktyabr 2020

Təhsil Nazirliyindən tələbə və ali məktəblərə ÇAĞIRIŞ

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə bu tədris (2020/2021-ci) ilində qəbul olmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, tələbələrin təhsil müəssisələrində qeydiyyatının aparılması üçün https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunub.

Qeyd edilib ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir və həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020/2021-ci) ilində qəbul olmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatını Dövlət İmtahan Mərkəzi oktyabr ayının 12-dək uzadıb.

Dİgər xəbərlər