48
13:42
06 Oktyabr 2020

"İrəvan hakimiyyəti ilan başlı kukladır" - Dövlət Baxçalı

“Azərbaycan və Türkiyə ayrı-ayrı adları olan iki dövlət ola bilər, amma biz bir millətin gövdəsinin ayrılmaz qollarıyıq”.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu açıqlama ilə Milliyyətçi Hərakat Partiyasının sədri Dövlət Baxçalı çıxış edib.

"Acımız, məqsədimiz eynidir", - deyən Baxçalı Ankara ilə Bakını qaynağı bir olan iki bulaq adlandırıb: “Soydaşlarımızın dərdi dərdimiz, zəfəri zəfərimizdir.

Ermənistan qatil dövlətdir. İrəvan hakimiyyəti ilan başlı kukladır. Türk millətini düşmən elan ediblər”.

Baxçalı bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları azad etmədən durması artıq imkansızdır: “Qanımızla Azərbaycanın yanındayıq. Dağlıq Qarabağın işğaldan azad olunması üçün dua edirik”.

Baxçalı onu da əlavə edib ki, Naxçıvan Bakı ilə birləşdirilməlidir, yoxsa erməni quldurları oraya da əl atmağa çalışacaq: “Münaqişənin danışıqlar yolu ilə həlli söhbəti tələdir. Problemin tək həll yolu Ermənistanın Azərbaycan torpaqlarından tamamilə çəkilməsidir. Bəzi ölkələrin atəşkəs çağrışları yersizdir”.

Dİgər xəbərlər