Jurnalist Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib.
Lent.az "Biqorafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir.
-Ədalət İsmayılov kimdir?
O, şair-jurnalist, Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktorudur.
-Ədalət İsmayılov nə zaman və harada dünyaya gəlib?
O, 1 fevral 1968-ci ildə Gürcüstanın Başkeçid (Dmanisi) şəhərində dünyaya gəlib.
-Ə.İsmayılovun təhsil həyatı necə keçib?
O, orta təhsilini Başkeçid şəhər Rus Orta Məktəbində alıb. Məktəbi bitirdikdən sonra isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilini davam etdirib.
-O, neçənci ildən Azərbaycanda fəaliyyət göstərib?
1990-ci ildən Bakıda yaşayıb-yaradır.
-Ədalət İsmayılov hansı mətbu orqanlarda çalışıb?
Ədalət İsmayılov “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb.
-O, neçənci ildən “Əqli mülkiyyət” jurnalında fəaliyyət göstərib?
Ə.İsmayılov 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.
-Ədalət İsmayılov hansı əsərin müəllifidir?
“Tiflisdə yeddi məhbus” adlı romanın müəllifidir.
-Roman harada və neçənci ildə çap edilib?
256 səhifəlik əsər 2014-cü ildə Bakıda işıq üzü görüb.
-Onun müəllifi olduğu roman nədən bəhs edir?
"Tiflisdə yeddi məhbus" romanı müəllifin Borçalı bölgəsinin tarixi, insan taleləri və müəllifin uşaqlıq xatirələri fonunda qələmə alınıb.
-Ədalət İsmayılov hansı əsərlərini hansı dillərdə yazıb?
O, rus dilini mükəmməl sviyyədə bilib. Həm Azərbaycan, həm dər rus dilində şeirlər yazıb.
-O, hansı məşhur şəxslə qohumdur?
Ədalət İsmayılov tanınmış şair-jurnalist Mədəd Coşğunun oğludur. Bacısı Sədaqət İsmayılova vaxtilə BBC Azərbaycanın London bürosuna rəhbərlik edib. Onun anası uzun illər müəllimə kimi çalışıb.
-Baş redaktorun ailə həyatı necədir?
Ədalət İsmayılov ailəlidir və Ziyad, Mədəd, Murad adında 3 oğlu var. O, oğlu Mədədə atasının adını verib.
-O, nə zaman dünyasını dəyişib?
Ədalət İsmayılov ötən gün axşam 58 yaşında dünyasını dəyişib.