12:58
05 Oktyabr 2020

Faktlar beynəlxalq təşkilatlara təqdim ediləcək - XİN

“Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Ermənistanın Azərbaycan şəhərlərinə raket zərbələri endirməsi ilə bağlı əlimizdə olan, xüsusilə həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış faktlar Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək”, - deyə XİN rəsmisi vurğulayıb.

Dİgər xəbərlər