"Qarabağda hər iki tərəf şiddətə son verməlidir" - ABŞ Dövlət katibi
29 sentyabr 2020 14:47 (UTC +04:00)

"Qarabağda hər iki tərəf şiddətə son verməlidir" - ABŞ Dövlət katibi

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, M. Pompeo deyib ki, hər iki tərəf şiddətə son verməlidir.

“Dağlıq Qarabağda hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”, - ABŞ Dövlət katibi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar