Bakıda ticarət mərkəzləri və parklardan velosipedlər oğurlandı
28 sentyabr 2020 18:47 (UTC +04:00)

Bakıda ticarət mərkəzləri və parklardan velosipedlər oğurlandı

Paytaxtın Səbail rayonunda müxtəlif ticarət mərkəzlərinin və parkların qarşısında velosiped oğurlayan şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən zərərçəkən şəxslərdən daxil olan şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Suraxanı rayon sakini Hüseyn Şahbazlı tutulub. O, ifadəsində Səbail rayonunun inzibati ərazisindən 10-a yaxın velosiped oğurladığını bildirib. Araşdırma zamanı Hüseyn Şahbazlının oğurladığı velosipedlərin bir neçəsini dəyər-dəyməzinə satdığı məlum olub. Velosipedlərdən bəziləri isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, saxlanılan zaman Polis Bölməsində Hüseyn Şahbazlının üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin də aşkar olunaraq götürülüb.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

# 463
avatar

Mehman Nəbiyev

Oxşar yazılar