DTX tərəfindən həbs edilən XİN-in şöbə rəisi və əməkdaşı ev dustaqlığına buraxıldı - YENİLƏNİB
26 sentyabr 2020 12:38 (UTC +04:00)

DTX tərəfindən həbs edilən XİN-in şöbə rəisi və əməkdaşı ev dustaqlığına buraxıldı - YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

APA-nın məlumatına görə, Səbail rayon keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Əliyevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

***

saat 12:22

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Lent.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Abdullayevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, N.Abdullayev DTX tərəfindən saxlanılıb. Ona rüşvət alma maddəsi ilə ittiham verilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

# 4696
avatar

Oxşar yazılar