Bu şirniyyatı bişirmək üçün sobaya ehtiyac yoxdur: Şokolad portağallı mini tort
26 sentyabr 2020 13:00 (UTC +04:00)

Bu şirniyyatı bişirmək üçün sobaya ehtiyac yoxdur: Şokolad portağallı mini tort

Həm səhhətiniz üçün xeyirli, həm də dadlı bir şirniyyat yeməyin yalnız bir xəyal olduğunu düşünürsünüzsə, yanılırsız! 

Lent.az sizə yeni bir reseptlə C vitamininin sağaldıcı gücünü, B vitamininin bərpaedici hissini və tam maqnezium toplusu olan xurma və kakaonun özünəməxsus ləzzətini təqdim edəcək. Üstəlik, sobada bişmədən dərhal yeyə bilərsiniz!

Ləzzəti ilə ürəyinizi fəth edəcək şokoladlı portağallı mini tort reseptini sizinlə paylaşırıq.

Hazırlanması çox asan olan bu mini tortları bir dəfəyə yeməyə ehtiyac yoxdur. Dondurucuda saxlayaraq könlünüzə şirniyyat düşəndə onlara bir xilaskar baxa bilərsiniz.

Hazırsınızsa, resepti təqdim edək:

Lazım olan ərzaqlar:

- Yarım fincan rəndələnmiş kokos

- 4 xörək qaşığı kokos yağı

- 1 stəkan toxum qarışığı

- 1 fincan xurma

Şokolad-portağal örtük üçün maddələr:

 -2 avokado

- Yarım stəkan kokos yağı

- 1 çay qaşığı vanil

- 1 portağal qabığı rəndəsi və suyu

- Yarım stəkan çiy kakao tozu

Necə hazırlanır?

Addım 1: Mikser ilə bütün məhsulları krem halına düşənə qədər qarışdırın. 

Addım 2: Forma verməyə hazırladığınız qarışığı mini silikon tort qəliblərinə qoyun və soyuducuda bir saat saxlayın. 

Addım 3: Dondurucudan çıxardıqdan sonra 5-10 dəqiqə buzunun açılmasını gözlədikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

# 2386
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar