Qanunsuz balıq ovlayan əcnəbi vətəndaş cəzalandırıldı
25 sentyabr 2020 14:58 (UTC +04:00)

Qanunsuz balıq ovlayan əcnəbi vətəndaş cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Zirə qəsəbəsinin Xəzər dənizi sahilində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bunu xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerin Rusiya Federasiyasının vətəndaşı Elxan Bağırov olduğu və təbiətə 1056 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb”.

B.Məhəmmədov qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

# 1177
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar