Rusiyada koronavirusdan ölənlərin sayı 150 nəfər artdı
23 sentyabr 2020 19:46 (UTC +04:00)

Rusiyada koronavirusdan ölənlərin sayı 150 nəfər artdı

Rusiyada son sutka ərzində daha 6 431 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 122 241 nəfərə çatıb.

Son sutka ərzində 150 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 649 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 1291
avatar

Oxşar yazılar