12:57
16 Sentyabr 2020

Həmkəndlisini hədələyib 8 min istədi

İmişli rayon Polis Şöbəsinə müraciət edən Otuziki kənd sakini Z.Uğurluyev sentyabrın 15-də hədə-qorxu gəlməklə ondan 8000 manat pul tələb edilməsini bildirib.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılkənd kənd sakini E.Əliyev Z.Uğurluyevdən 6000 manat pulu alanda saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər