670
12:18
16 Sentyabr 2020

Nə qədər abituriyent ixtisas seçimi edib? - SON 5 GÜN

Məlum olduğu kimi, I qrup üzrə 15 373, II qrup üzrə 7 682, III qrup üzrə 17 964, IV qrup üzrə 3 757 abituriyent olmaqla ümumilikdə 44776 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az -a verilən məlumata görə, 16 sentyabr saat 12:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 10 724, II ixtisas qrupu üzrə 7 437, III ixtisas qrupu üzrə 10 878, IV ixtisas qrupları üzrə isə 2 667 olmaqla, ümumilikdə 31 676 elektron ərizə təsdiq olunub.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanları davam edir və hələlik 12 451 ərizə təsdiq olunub. Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək.

Qeyd edək ki, ixtisas seçimi 20 sentyabr saat 23:59-dək davam edəcək.