Aeroport istiqamətində qəza  sıxlığa səbəb oldu
23 iyun 2026 23:12 (UTC +04:00)

Aeroport istiqamətində qəza sıxlığa səbəb oldu

0

Bakıda Hava limanı – Sabunçu dairəsi istiqamətində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, "Cobalt", "BYD" və "Hyundai Getz" markalı avtomobillərin toqquşması nəticəsində Hava limanı istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Qəza nəticəsində xəsarət alan olmayıb.


İman İmanov

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar