Naxçıvanda 2 maşın toqquşdu, 3 nəfər  xəsarət alddı
24 iyun 2026 01:54 (UTC +04:00)

Naxçıvanda 2 maşın toqquşdu, 3 nəfər xəsarət alddı

0

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayonunun Uzunoba kəndi ərazisində qeydə alınıb.

Belə ki, 72-BG-452 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 75-BX-893 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində 2007-ci il təvəllüdlü Rüstəmov Kənan Babək oğlu, 2006-cı il təvəllüdlü Sadiqov Kamran Vüqar oğlu və 1963-cü il təvəllüdlü Tağıyeva Tamara Yusif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar