Yer kürəsində ən qədim kraterin  yaşı müəyyən edildi
24 iyun 2026 07:32 (UTC +04:00)

Yer kürəsində ən qədim kraterin yaşı müəyyən edildi

0

Avstraliyalı geoloqlar 2025-ci ildə Pilbara bölgəsində aşkar edilən Yer kürəsinin ən qədim kraterinin yaşını dəqiqləşdiriblər.

Lent.az xəbər verir ki, Avstraliyadakı Curtin Universitetinin mətbuat xidmətinin məlumatına görə, diametri 40–45 km olan krater təxminən 3 milyard il əvvəl, Yer kürəsinin erkən qitələrinin formalaşdığı dövrdə yaranıb.

Tədqiqatçı Kristofer Kirkland bildirib ki, bu krater Arxey dövrünə aid nadir geoloji tapıntıdır və Yer kürəsinin ilkin inkişaf mərhələlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Alimlərin araşdırmasına görə, krater böyük asteroidin Yerə çırpılması nəticəsində formalaşıb. Sirkon kristallarının təhlili bu yaşın təxminən 3 milyard il olduğunu təsdiqləyib.

Mütəxəssislərin fikrincə, bu kəşf Yer kürəsinin erkən geoloji tarixinin anlaşılması baxımından xüsusi önəm daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar