Yer üzünün cənnəti: “Göllər ölkəsi”nin sirri, bura getmək üçün... - FOTOLENT
16 sentyabr 2020 19:18 (UTC +04:00)

Yer üzünün cənnəti: “Göllər ölkəsi”nin sirri, bura getmək üçün... - FOTOLENT

Plitvicə Gölləri Milli Parkı, Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında yerləşən həqiqi təbii möcüzədir. YUNESKO-nun Dünya İrsi Siyahısına da daxil olan Plitvicə Təbiət Parkı xüsusi qoruma altındadır. Xorvatiyaya, xüsusilə paytaxt Zaqrebə gələnlər bu məşhur məkanı ziyarət edirlər.

Plitvicə Gölləri Milli Parkı, Balkanların bütün dünyada tanınan ən məşhur təbiət möcüzələrindən biridir. Bu məkan, Xorvatiyanın Bosniya və Herseqovina ilə sərhədinin yaxınlığında yerləşir. 1949-cu ildə Plitvicə Gölləri Yuqoslaviya tərəfindən o zaman adlandırıldığı kimi milli park adına layiq görülüb. 1979-cu ildə isə YUNESKO-nun sessiyasında Ümumdünya Mirası kimi qeydiyyata alınıb. Paytaxt Zaqreb şəhərini ölkənin qərb və cənub sahillərinə birləşdirən magistrala çox yaxın olan Plitvicə, bu səbəbdən asanlıqla əldə edilə bilər. Plitvicə Gölləri Milli Parkı, Karlovac və Lika-Senj bölgələrinin kəsişməsində yerləşir. 

Bölgə 16 müxtəlif ölçülü göldən ibarətdir. Təxminən 300 kvadrat kilometrlik bir ərazini əhatə edən Plitvicə Gölləri Balkanların cənnəti kimi tanınır. Xorvatiyanın dünyaca məşhur olan bu milli parkını hər il orta hesabla bir milyon insan ziyarət edir. Xorvatların diqqətlə qoruduğu və böyük əhəmiyyət verdiyi Plitvicəyə giriş 35 avrodur.

Bölgə haqqında tarixdəki ilk mənbə XVIII əsrin sonlarına gedib çıxır. Plitvicə, xorvat dilindən "dayaz" mənasını verən “plitko” sözündən götürülmüşdür. Plitvicə gölü eyni zamanda bölgənin əhəmiyyətli çaylarından biri olan Korananın doğulduğu yerdir.

“Proscansko jezero” bölgənin ən böyük gölüdür. “Ciginovac” və “Okrugljak” ölçüsünə görə “Proscansko jezeronu” təqib edirlər. “Veliki slap” Plitivice Gölləri arasında ən yüksək dərinliyə sahib şəlalədir. “Veliki slap”ın dərinliyi 78 metrdir. “Galovacki buk” şəlaləsi isə Plitvicənin ən dayaz yeridir. Bu şəlalənin hündürlüyü 25 metrdir.

Bölgə eyni zamanda vəhşi təbiəti ilə də zəngindir. Burada ayı, maral və bir çox digər meşə canlıları yaşayır. 

Plitvicə Gölləri Milli Parkı daxilində turizm nəqliyyatı üçün avtobus xidmətləri də hazırlanır. Zaqrebdən buraya maşınla bir saata çatmaq mümkündür. Bundan əlavə, Zaqreb-Pula marşrutu ilə gedən avtobuslardan da istifadə edə bilərsiniz.

# 5383
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar