İşlənmiş batareyaları nə üçün zibilə atmaq olmaz?
15 sentyabr 2020 15:39 (UTC +04:00)

 İşlənmiş batareyaları nə üçün zibilə atmaq olmaz?

Batareyaların üzərinə baxarkən “Zibil qutusuna atma!” işarəsini görürük. Bəs bunun səbəbi nədir?

Lent.az məlumat verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkə hesabında bununla bağlı bildirilib ki, batareyaların tərkibində ağır metallar mövcuddur:

"Onları adi məişət tullantıları ilə birlikdə atdıqda tərkibindəki ağır metallar torpağa, oradan isə yeraltı sulara qarışır. Nəticədə isə içdiyimiz su ilə birlikdə orqanizmimizə daxil olur".

Qeyd edilib ki, 1 batareya 20 m2 sahəni və 400 l suyu çirkləndirə bilir:

"İstifadə etdiyiniz batareyaları yığıb “Təhlükəli Tullantılar” MMC-ə (müraciət üçün: [email protected]) təhvil verə bilərsiniz. Bununla siz həm təbiətə töhfə vermiş, həm də öz sağlamlığınızı qorumuş olacaqsınız".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2476

Oxşar yazılar