
® "Azercell" yüksək nəticə göstərən abituriyentlərə planşetlər təqdim edib - FOTO
Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” şirkəti hər zaman olduğu kimi, çətin pandemiya dövründə də buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərin səylərini qiymətləndirib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub.
Şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur “Busuu” mobil tətbiqetməsinə abunəlik kodları təqdim edib.
“Azercell” şirkəti 2016-cı il Aprel döyüşləri və bu ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda torpaq uğrunda şəhid olan hərbçilərin övladlarını da sevindirib. Belə ki, şirkət tərəfindən həmin döyüşlərdə həlak olan hərbçilərin tələbə övladları üçün aylıq təqaüd təsis edilib. “Azercell” onlara təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək.
Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Bu bayram günündə birincilərə tədris materiallarını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub. Qeyd edək ki, şəhid övladlarının siyahısı “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.
Gənclərin təhsil və inkişafına dəstək – “Azercell Telekom”un sosial korporativ məsuliyyət strategiyasının ən vacib sahələrindəndir. Xatırladaq ki, şirkət pandemiya dövründə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış “Virtual Məktəb” portalı üzərindən onlayn tədris keçən 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 5GB internet paketi yükləyib.

Oxşar yazılar
"Kapital Bank" Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
27 yanvar 2021 , 15:05
Bakıda kirayə evlər: qiymətlərin düşməməsinin SƏBƏBİ -VİDEO
27 yanvar 2021 , 14:49
Evdən 5 kilodan çox heroin tapıldı
27 yanvar 2021 , 14:09
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar!
27 yanvar 2021 , 11:36
Yeni nazir kimdir? - DOSYE-YENİLƏNİB-VİDEO
26 yanvar 2021 , 16:11
"Unibank" “Qarabağ Dirçəliş Fondu”na 100 min manat köçürüb
26 yanvar 2021 , 14:30
Prezident Ramin Quluzadəni nazir vəzifəsindən azad etdi
26 yanvar 2021 , 13:05
SOCAR-ın adından saxta sayt açılıb, pul istənilir - DİQQƏT
26 yanvar 2021 , 12:40