Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 15 sentyabr - Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib.
APA-nın xəbərinə görə, Türkiyə XİN başçısı bu barədə "Twitter" hesabında paylaşıb.
"Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə, bir ürəyik. Odlar yurduna salam olsun!", -Mövlud Çavuşoğlu qeyd edib.
Mövlud Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım
0
0
0
0