Sabah Bakıdakı işıqforlar belə işləyəcək
14 sentyabr 2020 17:01 (UTC +04:00)

Sabah Bakıdakı işıqforlar belə işləyəcək

Yeni tədris ilinin ilk günü küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a bildirib ki, bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.

Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə svetoforlarda “yaşıl dalğa” tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2273

Oxşar yazılar