Tovuzun Əlibəyli kəndi Ermənistandan atəşə tutuldu
14 sentyabr 2020 12:09 (UTC +04:00)

Tovuzun Əlibəyli kəndi Ermənistandan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595

Oxşar yazılar