1930
21:14
12 Sentyabr 2020

Azərbaycanda aktiv koronavirus xəstələrinin SAYI

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2006-dır.

TƏBİB-dən APA -ya verilən məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 123, süni tənəffüs aparatına qoşulanların sayı isə 13-dür.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.