Konqoda qızıl mədəni çökdü, azı 50 nəfər öldü
12 sentyabr 2020 06:53 (UTC +04:00)

Konqoda qızıl mədəni çökdü, azı 50 nəfər öldü

 

Konqo Demokratik Respublikasının şərqindəki “Detroit” qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 50 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli qeyri-hökumət təşkilatına istinadən “Reuters” məlumat yayıb.

Hadisənin güclü yağışlar səbəbindən baş verdiyi deyilir. Məlumata görə, mədən Kanadanın “Banro Corporation” şirkətinə məxsusdur.

# 1543
avatar

Oxşar yazılar