1267
10:47
11 Sentyabr 2020

Sumqayıtda ətrafa iy-qoxu yayılmasının səbəbi MƏLUM OLDU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində canlı yayımlanan “Ekspert saatı”na izləyicinin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinin ərazisinə tullantıların atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı ünvanlanan şikayətini Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıb.

Bu barədə Lent.az -a məlumat verən xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən "Servis-N" MMC-yə məxsus tullantıların əraziyə atılaraq qalaqlandığı faktı təsdiqini tapıb:

"Faktla bağlı "Servis-N" barəsində protokol tərtib olunub və cəmiyyətin hüquqi şəxs qismində 6 500 manatdan 8 000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə MMC-yə məcburi göstəriş verilib”.