Kadırov qardaşı oğlunun toyunda rəqs etdi - VİDEO
09 sentyabr 2020 18:39 (UTC +04:00)

Kadırov qardaşı oğlunun toyunda rəqs etdi - VİDEO

Çeçenistanın rəhbəri Ramzan Kadırov “Axmat” idman klubunun döyüşçüsü olan 24 yaşlı qardaşı oğlu Abubakar Kadırovun dəbdəbəli toyu ilə bağlı paylaşım edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kadırov Abubakarın yaxşı kişi və əla ailə başçısı olacağına əmindir.

“Uşaqlıqdan bəri mülayim bir xasiyyəti, dərin dindarlığı və nəcibliyi ilə seçilir”, - Çeçenistan rəhbəri belə deyib.

O, evlənən gənclərə xoşbəxt həyat və sonsuz xoşbəxtlik arzulayıb. 

Yayımlanan kadrlarda konfet və gül ləçəklərinin yeni evlənənlərin üzərinə helikopterdən necə atıldığı göstərilir

Kadırov qardaşı oğluna papaq və plaş hədiyyə edib, daha sonra toyda rəqs edib. Toyda həm də silahlardan atəş açılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8393

Oxşar yazılar