Azərbaycanlı milyonçunun şadlıq sarayı satışa çıxarıldı   - FOTO
09 sentyabr 2020 11:31 (UTC +04:00)

Azərbaycanlı milyonçunun şadlıq sarayı satışa çıxarıldı - FOTO

Azərbaycanlı milyonçu Telman İsmayılovun Moskvada yerləşən “Safisa” şadlıq sarayı satışa çıxarılır.

Lent.az-ın yeli KİV-ə istinadən məlumatına görə, obyekt təxminən 1 milyard rubl (təxminən 13 milyon 500 min dollar) dəyərində qiymətləndirilir.

Hazırda obyekt “AST Trans Market” şirkətinə aiddir.

Binanın tikintisi 2005-ci ildə başa çatıb. 4 min kvadratmetr ərazisi var. “Safisa” şadlıq sarayı oliqarxların və Moskva elitasının sevimli məkanı kimi tanınır. Orada milyarder Mixail Qutseriyev oğlu Səidə dəbdəbəli toy edib. Habelə “Taşir” şirkətlər qrupunun rəhbəri, erməni oliqarx Samvel Karapetyan da oğlunun toyunu orada keçirib.

Filip Kirkorov, Vladislav Tretyak ad günlərini burda qeyd ediblər. Bu sarayda Alla Puqaçova, Enrike İqlesias, Cenifer Lopes, Stinq kimi dünya ulduzları da səhnəyə çıxıb.

# 6502
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar