Kənan Doğulu ilə Beren Saatın sürprizi
08 sentyabr 2020 17:28 (UTC +04:00)

Kənan Doğulu ilə Beren Saatın sürprizi

Türkiyə kinosunun və musiqisinin məşhur cütlüyü yenidən birlikdədir.

Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, pandemiya ucbatından karantində olan cütlük aralarında yaşanan gərginlikdən boşanma vəziyyətində idilər. İndi barışan aktrisa ilə müğənni ayrı qaldıqları vaxtın acısını birlikdə çıxarırlar.

Birlikdə tətilə çıxan cütlüyün yeni videosu sosial mediada paylaşılıb.

Bu günlərdə “Atiyə” serialının çəkilişlərinə məşğul olan aktrisa həyat yoldaşının konsertində ona dəstək olub. Birlikdə səhnəyə çıxıblar, Kənan Doğulu oxuyub, Beren Saat rəqs edib.

 

# 7129
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar