7998
16:48
05 Sentyabr 2020

Alimlərdən ŞOK AÇIQLAMA: 7 milyard il öncə...

Tədqiqatçılardan ibarət qrup təqribi olaraq 7 milyard il bundan öncə birləşməşmiş iki qara dəliyin izlərini aşkar ediblər.

Lent.az "technote"a istinadən xəbər verir ki, həmin qara dəliklər Yer kürəsindən o dərəcədə uzaqda olublar ki, onların toqquşmaları nəticəsində yaranmış siqnal yalnız indi gəlib bizə çatıb.

Birləşmiş qara dəliklərdən birinin kütləsi indiyənə kimi bu cür toqquşmalarda müahidə edilmiş qara dəliklərin kütlələrindən 1.5 dəfə yüksək olub. GW90521 adını əldə etmiş bu hadisə o nəzəriyyəni sübut edir hansına əsasən ki, bu cür yüksək kütləli qara dəlik daha öncə digər iki qara dəliyin birləşməsindən yaranıb.

Alimlərdən biri qeyd edib ki, bu, insanlığın indiyənə kimi müşahidə etmiş olduğu ən böyük partlayışdır. ABŞ ilə Avropada yerləşən LIGO və Virgo adlı detektorlar 21 may 2019-cu il tarixində qeyri adi qravitasiya dalğalarına reaksiya vermişdilər. Xüsusi cihaz vasitəsilə zaman-məkan təhrifi səsə çevrilən vaxt alimlər zərbəyə bənzər səs eşitdilər. Sözügedən siqnal saniyənin 1/10 hissəsi ərzində davam edib.

Dİgər xəbərlər