Bakıda nənə və nəvəni maşın vurub
02 sentyabr 2020 12:34 (UTC +04:00)

Bakıda nənə və nəvəni maşın vurub

Bakının Xətai rayonunda ölümlə bitən yol-nəqliyyat hadisəsi olub.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, sentyabrın 1-də saat 15 radələrində rayonun Gəncə prospektində Bakı sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub. Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1843

Oxşar yazılar