10:36
02 Sentyabr 2020

Oğurladıqları heyvanları satıb əyləndilər - FOTO

İsmayıllı rayonunun Qəzli və Quşencə kənd sakinləri olan 4 nəfərin iribuynuzlu mal-qarası oğurlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrəfil Alızadə olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər