12:26
01 Sentyabr 2020

Qonşu ölkədə qorxunc statistika: bu il 158 min nəfər...


İlkin hesablamalara görə, koronavirus pandemiyası fonunda 2020-ci ildə Rusiya əhalisi 158 min nəfər azalacaq ki, bu da son 14 ilin ən yüksək göstəricisidir.

"APA-Economics"in RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə 2024-cü ilədək və 2030-cu ilədək planlaşdırma dövrü üçün olan Rusiyanın milli inkişaf hədəflərinə çatmaq üçün vahid hökumət planı layihəsində deyilir.

Sənədə əsasən, əhali artımının müsbət templərinə çıxış yalnız 2022-ci ildən mümkün olacaq.

Qeyd edək ki, Rusiyada əhalinin daha genişmiqyaslı azalması 2006-cı ildə qeydə alınıb. Həmin il ölkə əhalisi 373,9 min nəfər azalmışdı.

Layihədə həmçinin qeyd olunub ki, 2020-ci ildə Rusiyada yoxsulluq səviyyəsi (gəlirləri yaşayış minimumundan aşağı olan rusiyalıların nisbəti) ötənilki 12,3%-dən 13,3%-ə yüksələcək. Gələcəkdə bu göstəricinin azalacağı proqnozlaşdırılır.

Dİgər xəbərlər