"BakuBus"a məxsus sərnişin avtobusu yandı - FOTO
01 sentyabr 2020 09:19 (UTC +04:00)

"BakuBus"a məxsus sərnişin avtobusu yandı - FOTO

Bakıda avtobusu yanıb.

Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə isə yanğın bu gün səhər saatlarında "BakuBus"a məxsus 24 saylı marşrut xəttindəki avtobuslardan birində baş verib.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6046

Oxşar yazılar