22:24
31 Avqust 2020

Bakıda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər yaralanıb - FOTO


Novxanı-Binəqədi avtomobil yolunun kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Daewoo Nexia” və “Saipa” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və nəqliyyat vasitəsində olan 2 nəfər sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Xəsarət alanlar Təcili Tibbi Yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.

Hadisə nəticəsində avtomobil yolunda sıxlıq yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəzanın “Saipa” markalı avtomobilin sürücüsünün qarşı yola çıxdığı səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər