İvan Rakitiç keçmiş komandasına qayıdır
31 avqust 2020 19:15 (UTC +04:00)

İvan Rakitiç keçmiş komandasına qayıdır

“Sevilya” xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiçin keçidini “Barselona” ilə razılaşdırıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu “Barselona”ya transferinə qədər oynadığı “Sevilya”ilə 3 illik müqavilə bağlayacaq. 

Rakitiç “Sevilya”da 2011-2014-cü illərdə çıxış edib. 

Onun “Barselona” ilə müqaviləsi növbəti mövsümün sonuna qədər nəzərdə tutulub. 

# 2365
avatar

Oxşar yazılar