20:06
29 Avqust 2020

Moldovanın Səhiyyə naziri koronavirusa yoluxdu


Moldovanın Səhiyyə, Əmək və Sosial Müdafiə naziri Viorika Dumbrevyanu yeni növ koronavirusa (COVID-19) yoluxduğunu bildirib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nazirin özü şənbə günü analizlərinin nəticələrini dərc edərək "Facebook" səhifəsində elan edib.

"İndi mən də xəstəliklə mübarizə aparıram. Həkimlərin təyin etdiklərini alıram və ümid edirəm ki, COVID-19-u məğlub edə biləcəyəm", - V. Dumbrevyanu yazıb.

Bundan əvvəl Moldovanın Daxili İşləri naziri Pavel Voyku və Moldovanın Sərhəd Polisinin rəhbəri Korneliu Qroza da koronavirus xəstəliyinə yoluxmuşdular. Moldovanın Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə epidemioloji vəziyyət gərgin olaraq qalır. Bu günədək ölkədə 36 404 nəfər (əhalinin təxminən 1%-i) COVID-19-a yoluxub.

Dİgər xəbərlər