Yol qəzası daha bir can aldı
28 avqust 2020 09:09 (UTC +04:00)

Yol qəzası daha bir can aldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Daewoo” markalı minik avtomobili və “T-40” markalı traktorun toqquşması barədə məlumat daxil olub. 

FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Məmmədov Cəsur İlqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866

Oxşar yazılar